Vens pakistanlı vasitəçilərlə İran ətrafındakı münaqişəni müzakirə edib
ABŞ-nin vitse-prezidenti Cey Di Vens son günlərdə İrana qarşı müharibə məsələsi ilə bağlı Pakistandan olan vasitəçilərlə əlaqələr saxlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" mənbəyə istinadən bildirib.
ABŞ Prezidenti Donald Trampın tapşırığına əsasən, Vens bildirib ki, ölkə lideri Vaşinqtonun bir sıra tələblərinin yerinə yetirilməsi, xüsusən də Hörmüz boğazının fəaliyyətinin bərpası şərtilə atəşkəsə açıqdır.
Vens, həmçinin Trampın səbrinin tükəndiyinə dair sərt mesaj çatdırıb və razılaşmadan imtina ediləcəyi təqdirdə İranın infrastrukturuna zərbələrin gücləndirilə biləcəyi barədə xəbərdarlıq edib.
Agentlik qeyd edib ki, ABŞ vitse-prezidenti artıq beşinci həftədir ki, davam edən müharibənin dayandırılması barədə razılığa gəlmək cəhdlərində daha əhəmiyyətli bir rolu öz üzərinə götürüb. Məqalədə vurğulanıb ki, 2028-ci il prezident seçkisində Trampın potensial xələfi kimi nəzərdən keçirilən Vens münaqişəyə münasibətdə ehtiyatlı mövqe tutub, bu da onun ABŞ-nin xaricdəki hərbi əməliyyatlarda uzunmüddətli iştirakına dair çoxdankı skeptisizmini əks etdirir.
Xatırladaq ki, Tramp Tehranla razılaşma əldə etmək ümidi ilə İranın kritik əhəmiyyətli infrastrukturuna zərbələri aprelin 6-dək təxirə salıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
SEPAH rəhbəri: İran raketlərinin uçuş məsafəsində məhdudiyyəti yoxdur
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Rahim Sterlinqin cəzası məlum oldu













