ABŞ Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqesə qarşı sanksiyaları ləğv edib
ABŞ-nin Maliyyə Nazirliyi Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqesə qarşı əvvəllər tətbiq olunmuş sanksiyaları ləğv edib.
"Far.Az"un məlumatına görə, bu barədə nazirlik açıqlama yayıb.
Amerika mətbuatı həmçinin ABŞ-nin hazırkı Prezidenti Donald Tramp administrasiyasının Venesuela tərəfi ilə əməkdaşlığı konstruktiv hesab etdiyini bildirir.
Əvvəllər Venesuelanın Vitse-prezidenti vəzifəsində çalışmış Rodriqez rəsmi and içərək yanvarın 5-də müvəqqəti dövlət başçısı kimi vəzifəsinin icrasına başlayıb.
Yanvarın 3-də Tramp ABŞ-nin Venesuelaya qarşı genişmiqyaslı, uğurlu zərbə endirdiyini elan edib. O, Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutularaq Venesuela ərazisindən çıxarıldığını qeyd edib.
İki gün sonra, 5 yanvarda Venesuela lideri və həyat yoldaşı ittihamların irəli sürülməsi üçün Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıblar. O, məhkəmədə təqsirsiz olduğunu bildirib və əlavə edib ki, hələ də ölkəsinin prezidentidir. Amerika məhkəməsi konsulluq rəsmilərinin Venesuelaya səfər etməsinə icazə verib.
Maduro və həyat yoldaşının işi üzrə ikinci məhkəmə iclası 26 mart 2026-cı ildə Nyu-Yorkdakı federal məhkəmədə hakim Elvin Hellerstaynın sədrliyi ilə baş tutub.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Maduro işi üzrə növbəti məhkəmə iclası martın 17-si keçiriləcək - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb













