İranla əlaqəli qruplaşmanın təhdidindən sonra Parisdə "Goldman Sachs"a polis nəzarəti artırılıb
ABŞ-nin "Goldman Sachs" bankının Parisdəki Baş qərargahı İranla əlaqəli qruplaşmadan gələn təhdidlərdən sonra aprelin 1-dən 2-nə keçən gecə polisin gücləndirilmiş nəzarətinə götürülüb.
"Far.Az" xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Bu qərar ABŞ hakimiyyətinin öz London nümayəndəliyini Parisdəki "Goldman Sachs" binalarına partlayıcı qurğulardan istifadə etməklə mümkün hücum təhlükəsi barədə xəbərdar etməsindən sonra qəbul edilib.
Nəticədə Fransa paytaxtında polisin iştirakı operativ şəkildə gücləndirilib.
Bununla belə, BFMTV-nin mənbəsinin məlumatına görə, hazırda heç bir şübhəli əşya və ya hücuma hazırlıq sübutu aşkar edilməyib.
"Goldman Sachs" dünyanın onlarla ölkəsində nümayəndəlikləri olan ən böyük qlobal investisiya banklarından biridir. Paris ofisi şirkətin Avropa şəbəkəsində, xüsusən də Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar əməliyyatların yenidən bölüşdürülməsindən sonra mühüm yer tutur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Diplomları dünyanın 170-dən çox ölkəsində tanınan azərbaycanlılar - FOTOREPORTAJ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
SEPAH rəhbəri: İran raketlərinin uçuş məsafəsində məhdudiyyəti yoxdur
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













