İvett Kuper: 40-dan çox ölkə Hörmüz boğazının açılması üçün tədbir görməyə hazırdır
Far.Az xəbər saytı

İvett Kuper: 40-dan çox ölkə Hörmüz boğazının açılması üçün tədbir görməyə hazırdır


Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper müxtəlif ölkələrin Hörmüz boğazının fəaliyyətini bərpa etmək üçün hər cür diplomatik və iqtisadi tədbirlərdən istifadə etməyə hazır olduğunu bildirib.

"Far.Az" BBC-yə istinadən xəbər verir ki, o, bunu jurnalistlərə açıqlayıb.

Nazirin sözlərinə görə, qlobal tədarük zəncirlərinə və enerji bazarlarına təzyiq göstərən və faktiki olaraq bloklandığı iddia edilən strateji su marşrutunun açılmasını dəstəkləmək üçün 40-dan çox ölkə birgə səy göstərir.

İvett Kuper İranın beynəlxalq gəmiçiliyə və dünya iqtisadiyyatına zərbə vuran addımlarını pisləyib. O vurğulayıb ki, bunun nəticələri dünyanın müxtəlif regionlarında yanacağın, gübrə və qazın qiymətinə təsir edir.

Onun sözlərinə görə, London gəmilərin hərəkətini blokadadan çıxarmaq üçün Beynəlxalq Dəniz Təşkilatı ilə əməkdaşlığı da nəzərdən keçirir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər