Zelenski Hörmüz boğazı ilə bağlı Ukrayna təcrübəsini təklif edib
Ukrayna Prezidenti Volodimir Zelenski bu ərəfədə Yaxın Şərqdəki münaqişə fonunda Hörmüz boğazını açıq saxlamağın yollarını nəzərdən keçirən ölkələrlə Qara dənizdə naviqasiya azadlığının təmin edilməsi sahəsində Kiyevin təcrübəsini bölüşməyi təklif edib.
"Far.Az"un məlumatına görə, Zelenski bu barədə "X" sosial şəbəkədəki son paylaşımında bildirib.
Zelenski qeyd edib ki, ölkənin xarici işlər naziri Andrey Sibiqa 40 ölkənin qatıldığı Hörmüz boğazının yenidən açılması məsələsinə həsr olunmuş virtual görüşdə iştirak edib.
Onun sözlərinə görə, Ukrayna dəniz yolları, dəniz nəqliyyatının qorunması və bərpası ilə bağlı müvafiq təcrübəyə malikdir.
"Əgər tərəfdaşlarımız hərəkətə keçməyə hazırdırlarsa, onları necə gücləndirə biləcəyimizi, təcrübəmizi, biliklərimizi və texnoloji potensialımızı necə tətbiq edə biləcəyimizi nəzərdən keçirəcəyik", - deyə Ukrayna lideri vurğulayıb.
Qeyd etmək lazımdır ki, Ukrayna qüvvələri dörd illik müharibə ərzində Qara dənizdə Rusiya gəmilərinə qarşı əhəmiyyətli uğurlar qazanmağa və Moskvanın bu su yolu üzərində nəzarəti ələ keçirməsinə mane olan dəniz dronları da daxil olmaqla texnologiyalar hazırlayıblar.
O, həmçinin bildirib ki, müharibənin həlli üçün danışıqlarda Ukraynanın baş danışıqçısı Rüstəm Umerovdan cümə günü bu məsələ ilə bağlı irəliləyiş hesabatı gözləyir.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
SEPAH rəhbəri: İran raketlərinin uçuş məsafəsində məhdudiyyəti yoxdur
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













