Yaponiya hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edəcək
Yaponiya hökuməti, ölkənin aparıcı şirkətlərindən mayda Rusiyaya səfərdə iştirak etmələrini istəməsi barədə xəbərləri təkzib edib.
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara media üçün keçirilən növbəti mətbuat konfransında bildirib.
"Bu məlumatın doğruluğuna gəldikdə isə, bu, həqiqətə uyğun deyil. Yaponiya hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edəcək", - Kihara bildirib.
Daha əvvəl "Kyodo News" mənbələrə istinadən xəbər verib ki, Yaponiya hakimiyyəti Ukraynadakı müharibənin bitməsindən sonra yapon şirkətlərinin Rusiyadakı fəaliyyətini tam bərpa edəcəyini gözləyir.
Agentliyin məlumatına görə, hökumət müvafiq sorğunu Mitsubishi, Mitsui, Itochu, Sumitomo Corp, Marubeni və Mitsui O.S.K. Lines gəmiçilik şirkətinə göndərib.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Mazda və Mitsubishi brendləri artıq rəsmi olaraq Babəkdə də satılacaq
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
SEPAH rəhbəri: İran raketlərinin uçuş məsafəsində məhdudiyyəti yoxdur
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













