ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
Far.Az xəbər saytı

ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb


Amerika Birləşmiş Ştatlarında benzinin bir qallon üçün orta qiyməti 4,10 dollara (bir litr üçün 1,08 dollar) çatıb və ABŞ-İsrail İran zərbələri başlayandan bəri 37 % artıb.

"Report" xəbər verir ki, bunu Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatları sübut edir.

Təşkilatın məlumatına görə, son bir həftədə qiymət 12 sent artıb. Qiymət artımı dünyada dənizlə neft tədarükünün təxminən 20 %-nin keçdiyi Hörmüz boğazının faktiki blokadası və Yaxın Şərqdə neft hasilatının yavaşlaması ilə əlaqədardır.

Yanacağın ən yüksək qiyməti Kaliforniyada qeydə alınıb – bir qallon üçün təxminən 5,92 dollar (bir litr 1,56 dollar), Oklahomada isə minimum qiymətlər bir qallon üçün 3,29 dollardır (bir litr 0,87 dollar).

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Bundan əlavə, İran qüvvələri Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər