Tramp: NATO-da ziddiyyətlər Qrenlandiya məsələsindən başlayıb
Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO) əsas fikir ayrılıqları Qrenlandiya məsələsindən başlayıb.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib.
"Əgər həqiqəti bilmək istəyirsinizsə, bütün bunlar Qrenlandiyadan başladı. Biz Qrenlandiyanı istəyirik. Onlar onu bizə vermək istəmirlər və mən "əlvida" dedim", - Tramp deyib.
Eyni zamanda, ABŞ lideri Vaşinqtonun NATO-da lider rolunu itirə biləcəyi fərziyəsini inkar edib, lakin İrana qarşı əməliyyatı qınaması və müdaxilə etməməsi səbəbindən blokdakı tərəfdaşlardan çox məyus olduğunu vurğulayıb.
"Xeyr, bu təhlükə deyil. Bizə NATO lazım deyildi. Bizə heç bir kömək etmədilər. Əksinə", - ABŞ lideri təkrar edib.
Onun sözlərinə görə, Avstraliya, Koreya Respublikası və Yaponiya da İranla müharibə zamanı ABŞ-yə heç bir dəstək verməyib. Bu kontekstdə Tramp, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn və Küveytdən İrana qarşı əməliyyat zamanı ABŞ-nin aldığı yardımı yüksək qiymətləndirib.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Tramp Mirziyoyevə ABŞ-nin 250 illiyi münasibətilə hədiyyə edilən çardaqlara görə təşəkkür edib
-
NYT: Hakerlər ABŞ-nin kəşfiyyat sistemlərindən birinin parolunu qırıblar













