İsrail və Yunanıstan PULS raket sistemlərinin tədarükü ilə bağlı müqavilə imzalayıb
Far.Az xəbər saytı

İsrail və Yunanıstan PULS raket sistemlərinin tədarükü ilə bağlı müqavilə imzalayıb


İsrail və Yunanıstan Afinaya təxminən 750 milyon dollar dəyərində PULS raket sistemlərinin (İsrail istehsalı - red) tədarükü ilə bağlı müqavilə imzalayıblar.

"Far.Az"un xəbərinə görə, bu barədə İsrail Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, imzalanma mərasimi aprelin 6-da Afinada baş tutub. İsraili Müdafiə Nazirliyinin Beynəlxalq Müdafiə Əməkdaşlıq İdarəsinin rəhbəri, briqada generalı Yair Kulas təmsil edib.

"Müqavilə İsrail və Yunanıstan arasında müdafiə əməkdaşlığının inkişafını əks etdirir. Bu, Müdafiə Nazirliyinin müdafiə ixracatını Müdafiə Ordusunun imkanlarını qurmaq və gücləndirmək, müdafiə siyasətini irəli aparmaq, müdafiə sənayesi və iqtisadiyyatını dəstəkləmək üçün əsas vasitə kimi genişləndirmək strategiyasının bir hissəsidir", - İsrail Müdafiə Nazirliyi bildirib.

Oxşar xəbərlər

Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
ABŞ ordusunun briqada generalı Azərbaycana gəlib
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər