Xarici İşlər Nazirliyi Ağdaban qətliamı ilə bağlı məlumat paylaşıb
Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı ağır və amansız müharibə cinayətlərindən biri olan Ağdaban qətliamından 34 il ötür.
"Report" xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşdığı məlumatda qeyd olunub.
Bildirilib ki, 1992-ci ildə 130 evdən ibarət Kəlbəcərin Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən tamamilə dağıdılıb, yaşayış məntəqəsi yerlə-yeksan edilib.
779 nəfər dinc sakin ağır işgəncələrə məruz qalıb, 67 nəfər isə xüsusi qəddarlıqla qətlə yetirilib:
"Bu faciə Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin acı nümunələrindən biri kimi tarixdə qalır.
Ağdaban qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!".
Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı ağır və amansız müharibə cinayətlərindən biri olan Ağdaban qətliamından 34 il ötür.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 8, 2026
1992-ci ildə 130 evdən ibarət Kəlbəcərin Ağdaban kəndi erməni silahlı birləşmələri tərəfindən tamamilə dağıdılmış, yaşayış… pic.twitter.com/Pvq3qw3Ply
Oxşar xəbərlər
Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ermənistanın əsirliyində olmuş azərbaycanlıların işgəncələrə məruz qalması ilə bağlı yeni ifadələr elan olunub
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Ərazilərimizin işğalı zamanı əsir və girovluqda dəhşətli işgəncələrə məruz qalanlar məhkəmədə ifadə veriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













