Starmer və Tramp Hörmüz boğazında gəmiçiliyin bərpasını müzakirə ediblər
Far.Az xəbər saytı

Starmer və Tramp Hörmüz boğazında gəmiçiliyin bərpasını müzakirə ediblər


Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından gəmiçiliyin bərpası yollarını müzakirə ediblər.

"Report"un məlumatına görə, bu barədə liderlərin telefon danışığından sonra Britaniya Baş nazirinin Dəftərxanasının açıqlamasında bildirilib.

"Liderlər gəmiçiliyin mümkün qədər tez bərpası üçün praktik plan zərurətini müzakirə ediblər", - məlumatda qeyd olunur.

Dauninq-strit tərəflərin artıq atəşkəs elan edildiyi və boğazın açılması barədə razılığa gəlindiyinə görə növbəti addımın həll yolları tapmaq olduğu barədə razılığa gəldiyini vurğulayıb.

Qətərə səfər edən K.Starmer həmçinin D.Trampa strateji əhəmiyyətli boğazdan gəmiçiliyin bərpası üçün uyğun plan üzərində razılığa gəlmək üçün bir neçə ölkə arasında vahid mövqe inkişaf etdirmək səyləri barədə məlumat verib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər