Honkonqdan uçan təyyarə Filippində təcili eniş edib
Far.Az xəbər saytı

Honkonqdan uçan təyyarə Filippində təcili eniş edib


"Air Niugini" aviaşirkətinin Honkonqdan Papua-Yeni Qvineyaya uçan təyyarəsi Davao (Filippin) beynəlxalq hava limanında təcili eniş edib.

"Far.Az" xəbər verir ki, bu barədə yerli media Filippin Mülki Aviasiya İdarəsinin (CAAP) məlumatına istinadən xəbər verir.

CAAP-ın məlumatına görə, təyyarənin göyərtəsində 137 sərnişin və doqquz ekipaj üzvü olub.

Fövqəladə xidmət əməkdaşlarının təhlükəsizliyin qiymətləndirilməsini apara bilməsi üçün hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Həmçinin Filippindən həyata keçirilən iki reys müvəqqəti ləğv edilib.

Hadisənin səbəblərini araşdırmaq üçün mütəxəssislər hadisə yerinə gəliblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Bakıda avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər