Honkonqda dizel subsidiyaları tətbiq ediləcək və tunellərə ödəniş qiyməti aşağı salınacaq
Far.Az xəbər saytı

Honkonqda dizel subsidiyaları tətbiq ediləcək və tunellərə ödəniş qiyməti aşağı salınacaq


Honkonq hökuməti dizel yanacağının qiymətinin kəskin artması fonunda nəqliyyat sektorunu dəstəkləmək üçün müvəqqəti tədbirlər görmək niyyətindədir.

"Far.Az" xəbər verir ki, bu barədə ÇXR-in xüsusi inzibati rayon administrasiyasının bəyanatında deyilir.

Qeyd olunur ki, tədbirlər iki ay müddətinə hər litrə görə 3 Honqkonq dolları (0,38 ABŞ dolları) məbləğində dizel subsidiyasının tətbiq edilməsini nəzərdə tutur. Proqramın ümumi dəyəri 1,8 milyard Honqkong dolları (təxminən 230 milyon dollar) qiymətləndirilir. Hazırda meqapolisdə dizel yanacağının bir litrinin qiyməti 30-33 dollar (3,83-4,2 ABŞ dolları) arasındadır.

Bundan əlavə, hakimiyyət Honqkonq adasını regionun materikinə birləşdirən tunellərdən ticarət nəqliyyatı üçün gediş haqqını 50 % azaltmağı planlaşdırırlar. Güzəştlər iki ay ərzində yük maşınlarına, avtobuslara, mikroavtobuslara və taksilərə şamil ediləcək. Təklif olunan tədbirlərin Honkqonqun Qanunvericilik Şurasının təsdiqini alması lazımdır.

Bölgədəki yanacaq qiymətlərinin artması ABŞ və İsrailin İrana hücumlarından sonra dünyada neftin qiymətlərinin artması ilə əlaqədardır. Yerli sənaye birliklərinin məlumatına görə, nəticədə Honqkonqun balıqçılıq gəmilərinin 70-80 %-ə qədəri dənizə çıxmağın qeyri-rentabelliyi səbəbindən fəaliyyətini dayandırıb. Nəqliyyat şirkətlərinin nümayəndələri də ciddi çətinliklər elan edir və hakimiyyəti daşınma tariflərinin artırılmasına icazə verməyə çağırırlar.

Oxşar xəbərlər

Bu gündən avtobus və metroda gedişhaqqı 60 qəpik oldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər