"Azpetrol LTD" MMC "Top 100" vergi ödəyicisi siyahısında 38-ci yerdə
Far.Az xəbər saytı

"Azpetrol LTD" MMC "Top 100" vergi ödəyicisi siyahısında 38-ci yerdə


2025-ci ildə şirkət tərəfindən ödənilən vergi məbləği 32,6 milyon manat təşkil edib.

"Azpetrol Ltd" MMC şirkəti 2025-ci ildə də ölkənin ən çox vergi ödəyən şirkətləri sırasında 38-ci yerdə olaraq "Top 100" vergi ödəyicisi siyahısına daxil olub.

Şirkət bununla ötən illərdə nümayiş etdirdiyi dayanıqlı inkişaf və iqtisadi aktivlik trendini davam etdirdiyini bir daha təsdiqləyib. 2025-ci ildə "Azpetrol Ltd" tərəfindən ödənilən vergi məbləği 32,6 milyon manat təşkil edib.

Xatırladaq ki, "Azpetrol Ltd" MMC şirkəti 2024-cü ildə də ən çox vergi ödəyən şirkətlərdən biri olaraq fərqlənmiş (ödədiyi 29 milyon manat vergi məbləğilə 44-cü yeri tutmuşdu) və dövlət büdcəsinə əhəmiyyətli töhfə vermişdi. 2025-ci ildə də bu istiqamətdə mövqeyini qoruyan şirkət, ölkə iqtisadiyyatına verdiyi davamlı dəstək və şəffaf fəaliyyət prinsipləri ilə diqqət çəkməyə davam edir.

"Azpetrol LTD" MMC -nin bu prosesdə fəal iştirak etməsi onların yalnız iqtisadi deyil, həm də sosial məsuliyyət prinsiplərinə sadiq olduqlarını göstərir. Şirkət, vergi öhdəliklərini vaxtında və şəffaf şəkildə yerinə yetirməklə yanaşı, biznes etikasına uyğun fəaliyyət göstərir və cəmiyyət qarşısında məsuliyyətli mövqeyini davamlı olaraq qoruyub saxlayır.

Siyahı ilə buradan ətraflı tanış ola bilərsiniz:

https://www.taxes.gov.az/uploads/Top100/2025_2.pdf

Oxşar xəbərlər

Sirk fəaliyyətini çadırda davam etdirir: Əsas bina təmir olunacaq?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər