Səudiyyə Ərəbistanı PUA hücumlarına görə İraq səfirinə etiraz notası təqdim edib
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi (XİN) İraqın krallıqdakı səfiri Sufiya Talib əs-Süheyli çağırıb və İraq ərazisindən Səudiyyə Ərəbistanına, Fars körfəzinin digər ölkələrinə endirilən pilotsuz uçuş aparatlarının (PUA) zərbələri ilə əlaqədar ona etiraz notası təqdim edib.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici siyasət idarəsinin bəyanatında bildirilir.
Məlumata görə, Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Sud əs-Sati krallığa və Fars körfəzinin qardaş dövlətlərinə təsir edən davamlı hücumları və təhdidləri pisləyib.
Ər-Riyadda vurğulanıb ki, İraq tərəfi bu cür təhdid və hücumların qarşısının alınmasına görə məsuliyyət daşımalıdır, həmçinin dövlətlərin suverenliyinə hər cür qəsdin və regionda sabitliyi pozmaq cəhdlərinin qətiyyətlə rədd edildiyi bir daha təsdiqlənib.
Qeyd olunur ki, ABŞ və İran arasında elan edilmiş iki həftəlik atəşkəs başlayandan bəri, Səudiyyə Ərəbistanı da daxil olmaqla ərəb ölkələrindəki bir sıra obyektlərə silsilə dron hücumları qeydə alınıb. Daxil olan məlumata görə, dronların bir hissəsi silahlı qruplaşmalar tərəfindən İraq ərazisindən buraxılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib -YENİLƏNİB
Müxtəlif ölkələrin rəsmi şəxsləri, qurumlar və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib













