Sançes Çini çoxqütblü dünyanın formalaşmasında fəal olmağa çağırıb
İspaniyanın baş naziri Pedro Sançes bildirib ki, Çin iqlim dəyişikliyi, təhlükəsizlik, müdafiə və bərabərsizliyin azaldılması məsələlərində daha mühüm rol oynamalıdır.
"Far.Az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, bu barədə bu gün Pekindəki Tsinxua Universitetində çıxış edərkən deyib.
İspaniyanın hökumət başçısının sözlərinə görə, xüsusilə də onun təbiri ilə desək, ABŞ-nin bir sıra istiqamətlərdə liderlikdən geri çəkildiyi bir dövrdə Avropa da öz səylərini aktivləşdirməlidir.
Sançes qeyd edib ki, Pekin iqlim dəyişikliyinə qarşı mübarizəyə, qlobal səhiyyənin inkişafına, süni intellektdən məsuliyyətli istifadəyə nəzarətə, eləcə də nüvə təhlükəsizliyi məsələlərinə daha böyük töhfə verə bilər.
O, həmçinin beynəlxalq hüquqa riayət olunmasının, Livanda, İranda, Qəzzada, İordan çayının Qərb sahilində, eləcə də Ukraynada münaqişələrin dayandırılmasının vacibliyini vurğulayıb.
Baş nazirin sözlərinə görə, İspaniyanın ümumi ticarət kəsirinin 74%-i Çinin payına düşür. O vurğulayıb ki, Pekinlə əməkdaşlıq daha balanslaşdırılmış qlobal iqtisadiyyatın formalaşması üçün mühüm əhəmiyyət kəsb edir.
Madrid hesab edir ki, Sançesin səfəri son dörd ildə iki dəfədən çox artan və 2025-ci ilə qədər 50 milyard dollara yaxınlaşan Çinlə ticarət kəsirini azaltmağa kömək edəcək. İspaniya Çindən olan idxalın həcmini qismən kompensasiya etmək üçün kənd təsərrüfatı və sənaye məhsullarının ixracını artırmaq niyyətindədir.
Öz növbəsində, Çinin "Sinxua" agentliyi qeyd edib ki, Sançesin səfəri ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə yönəlib və artan qlobal qeyri-müəyyənlik şəraitində Çin və Avropanın sabit qarşılıqlı fəaliyyətə can atmasını əks etdirir.
Qeyd edək ki, bu, Sançesin son dörd ildə Çinə artıq dördüncü səfəridir. Çərşənbə axşamı onun Çin sədri Si Cinpinlə görüşəcəyi və görüş zamanı tərəflərin o cümlədən geosiyasi məsələləri də müzakirə edəcəkləri gözlənilir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Hikmət Hacıyev: Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
-
Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ
-
Soheyl Mahmud: Azərbaycan "D-8"in strateji baxışına əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir













