Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək
Far.Az xəbər saytı

Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək


Aprelin 17-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilan rayonunun Ağalı kəndində bu rayondan, eyni zamanda Qubadlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-337-26-22/050-216-43-43) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Vətən müharibəsinin başlamasından 4 il ötür
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər