Gürcüstanın Martvili bələdiyyəsində quduzluq aşkarlanıb
Gürcüstanın Martvili bələdiyyəsində quduzluq aşkarlanıb, karantin elan edilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, Gürcüstanın Martvili bələdiyyəsində quduzluq faktı qeydə alınıb və yoluxma riski ilə əlaqədar ərazidə karantin rejimi tətbiq edilib.
Bu barədə məlumat yayan Milli Qida Agentliyindən bildirilib ki, Kutaisi şəhərində yerləşən sığınacağa aparılan və əvvəlcədən şübhəli statusu ilə təcrid olunan küçə itində laborator müayinələr nəticəsində quduzluq təsdiqlənib.
Hadisə ilə əlaqədar olaraq Martvili bələdiyyəsinin Bandza kəndində, xüsusilə "İki Addım" (yerli olaraq "Ori Havre") ətrafında epidemioloji vəziyyətə nəzarət məqsədilə karantin elan olunub.
"Artıq müvafiq tədbirlərə başlanılıb, yoluxma ehtimalı olan ərazilərdə dezinfeksiya işləri aparılır", - məlumatda bildirilib və əlavə olunub ki, risk qrupuna daxil olan heyvanlar peyvənd olunur, onların sağlamlığı nəzarətə götürülüb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Binəqədidə yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülüb
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













