Buzlaqların əriməsi sürətlənib - Dəniz səviyyəsi artıb
Far.Az xəbər saytı

Buzlaqların əriməsi sürətlənib - Dəniz səviyyəsi artıb


Dünya üzrə buzlaqların əriməsi 2025-ci ildə rekord səviyyələrdən birinə çatıb. Məlumata görə, ötən il buzlaqlar ümumilikdə 408 giqaton həcmində əriyib. Bu proses nəticəsində qlobal dəniz səviyyəsi təxminən 1,1 millimetr yüksəlib.

Far.Az xəbər verir ki, Araşdırma Monash Universitetinin iştirakı ilə aparılıb və nəticələr "Nature Reviews Earth & Environment" nəşrində dərc olunub.

Tədqiqat göstərir ki, 2025-ci il 1975-ci ildən bəri buzlaq itkilərinə görə ən ağır altıncı il olub.

Mütəxəssislər bildirir ki, son illərdə buzlaqların əriməsi sürətlənib. Son on ildə itkilər XX əsrin sonları ilə müqayisədə təxminən dörd dəfə artıb. 1975-ci ildən bu günə qədər isə ümumilikdə 9 600 giqaton buzlaq əriməsi qeydə alınıb və bu da dəniz səviyyəsinin 26 millimetr qalxmasına səbəb olub.

Tədqiqat müəlliflərindən olan Levan Tielidze qeyd edib ki, qlobal istiləşmənin qarşısının alınması buzlaq itkilərinin və onun nəticələrinin azaldılması üçün həlledici əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər