Koçinyan: Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri sülh gündəliyinə töhfə verir
Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri iki ölkə münasibətlərindəki sülh gündəliyinə töhfə verir.
"Far.Az" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Şurası Analitik Mərkəzinin prezidenti və "Sülh körpüsü" təşəbbüsünün əlaqələndiricisi Areq Koçinyan 2026-cı il aprelin 10-12-si Azərbaycanın Qəbələ şəhərində sözügedən təşəbbüs çərçivəsində keçirilmiş dördüncü görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
"Belə səfərlərin keçirilməsi üçün bir əsas səbəb var - onlar Ermənistan və Azərbaycan cəmiyyətləri arasında sülhün bərqərar olmasına kömək edir", - o qeyd edib.
Koçinyanın sözlərinə görə, "Sülh körpüsü" təşəbbüsü çərçivəsində artıq dördüncü görüşün keçirilməsi və dialoqun davam etdirilməsi barədə razılaşma mühüm nailiyyətdir.
O vurğulayıb ki, "Sülh körpüsü" təşəbbüsü yeni yanaşmaların inkişaf etdirilməsinə və iki ölkə cəmiyyətləri arasında sülh gündəliyinin irəli sürülməsi üçün əlavə imkanların formalaşdırılmasına yönəlib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













