TDT-nin Ətraf Mühit və Ekologiya üzrə işçi qrupunun 2-ci iclası keçirilib
Far.Az xəbər saytı

TDT-nin Ətraf Mühit və Ekologiya üzrə işçi qrupunun 2-ci iclası keçirilib


Türk Dövlətləri Təşkilatı (TDT) Ətraf Mühit və Ekologiya üzrə işçi qrupunun 2-ci iclası keçirilib.

"Far.Az" təşkilata istinadən xəbər verir ki, iclas TDT baş katibinin müavini Merey Mukazhanın moderatorluğu ilə üzv dövlətlərin ekspertlərinin onlayn formatda iştirakı ilə baş tutub.

Tərəflər ekoloji əməkdaşlığın koporativləşdirməyə yönəlmiş mühüm təkliflərini nəzərdən keçirərək ətraf mühitin qorunması və dayanıqlı inkişaf sahəsində regional əməkdaşlığın gücləndirilməsinə diqqət yetiriblər.

Həmçinin, üzv dövlətlərin dayanıqlı inkişaf və ekoloji dayanıqlılığa sadiqliyini vurğulayan "Türk Yaşıl Vizyonu"nun icra planının layihəsi müzakirə olunub.

İşçi qrupu aprelin 23-də Astanada Regional Ekoloji Sammit çərçivəsində keçiriləcək TDT Ətraf Mühit və Ekologiya nazirlərinin 2-ci iclası üçün hazırlanmış bəyannamə, gündəm və proqram layihələrini də müzakirə edib.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər