Peruda prezident və parlament seçkilərində səsvermə başa çatıb
Peruda əlavə bir sutka uzadılmış prezident və parlament seçkilərində səsvermə başa çatıb.
"Far.Az" xəbər verir ki, mərkəzi seçki komissiyası rolunu oynayan Milli Seçki Münsiflər Heyətinin (MSMH) "YouTube" kanalında bağlanan seçki məntəqələrindən canlı yayım aparılıb.
Peru vətəndaşlarının əksəriyyəti aprelin 12-də səs verib. Bununla belə, 63,3 min seçicinin qeydiyyatda olduğu 211 məntəqə lazımi sənədlərin çatışmazlığı səbəbindən müəyyən edilmiş müddətdə işə başlaya bilməyib və bununla əlaqədar MSMH səsverməni yerli vaxtla aprelin 13-ü axşama qədər uzatmaq qərarına gəlib.
Peru dövləti başçısı postu uğrunda 35 namizəd mübarizə aparır. Milli Seçki Prosesləri İdarəsinin rəsmi saytında yerləşdirilən səslərin sayılması məlumatlarına görə, protokolların 58,57 %-nin işlənməsi yekunlarına əsasən, birinci yeri 16,9 % səslə mühafizəkar "Xalq gücü" Partiyasının nümayəndəsi Keyko Fuximori tutur. İkinci yerdə 14 % toplayan sağçı "Xalq yenilənməsi" Partiyasının lideri Rafael Lopes Aliaqa qərarlaşıb. 12,57 % səslə mərkəzçi Yaxşı Hökumət Partiyasını təmsil edən sabiq mədəniyyət və müdafiə naziri Xorxe Nyeto üçüncü yeri qoruyub saxlayır.
Birinci turda qələbə qazanmaq üçün namizəd səs verənlərin yarısından çoxunun dəstəyini əldə etməlidir. Əgər bu baş verməzsə, iyunun 7-də ikinci tur keçiriləcək və burada ən çox səs toplayan iki iddiaçı qarşılaşacaq.
Peru vətəndaşları həmçinin 130 deputat və 60 senator seçiblər.
Oxşar xəbərlər
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ
-
Cozef Aun: Livanın İsraillə danışıqları zəifliyin təzahürü deyil
-
Soheyl Mahmud: Azərbaycan "D-8"in strateji baxışına əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir
-
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib













