Naxçıvanda qar örtüyünün qalınlığı 88 sm-ə çatıb
Naxçıvan Muxtar Respublikasında (MR) 3000 metr yüksəklikdə qar örtüyünün qalınlığı 88 sm təşkil edib.
Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Report"un yerli bürosuna verilən məlumata görə, bir sıra rayon və kəndlərdə qar və yağış müşahidə olunub.
Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. Qar örtüyünün hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 m) 88 sm, Parağaçay Qar Uçqunu Stansiyasında 25 sm, Şahbuz rayonunun Kükü kəndində 5 sm, Biçənək kəndində isə 6 sm qeydə alınıb.
Yağıntının miqdarı Naxçıvan şəhərində 4 mm, Şahbuzda 12 mm, Kükü kəndində (Şahbuz) 14 mm, Biçənək kəndində (Şahbuz) 10 mm, Şərurda 3 mm, Axura kəndində (Şərur) 7 mm, Ordubadda 8 mm, Parağaçayda (Ordubad) 26 mm, Culfada 8 mm, Kəngərlidə 3 mm, Sədərəkdə isə 2 mm təşkil edib.
Oxşar xəbərlər
Dövlət Komitəsinin sədri Ordubadda vətəndaşları qəbul edib
Ordubadın yüksək dağlıq ərazilərində qarın hündürlüyü 20 sm-ə çatıb
Azərbaycanın bu bölgəsinə 150 sm QAR YAĞIB
Digital Move: 2351 metr yüksəklikdə elektron musiqi, dağ və rəqəmsal mədəniyyət
Naxçıvanda qar örtüyünün qalınlığı 56 sm-ə çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb













