Övladlığa götürülən uşaqlarla bağlı sosial işçi ilə görüş və təlimin müddəti qısaldılıb
Far.Az xəbər saytı

Övladlığa götürülən uşaqlarla bağlı sosial işçi ilə görüş və təlimin müddəti qısaldılıb


Valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürmək istəyən şəxslər üçün sosial işçi ilə görüş və təlim müddətləri qısaldılır.

"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişiklik haqqında Fərman imzalayıb.

Fərmana əsasən, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 1 ay müddətində ayda ən azı 20 saat olmaqla görüş təşkil ediləcək.

Əvvəlki qaydaya əsasən, bu, 2 ay ərzində ən azı 40 saat idi.

Həmçinin valideyn himayəsindən məhrum olmuş 0-3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında müddət 10 gün ərzində 6 saatadək qısaldıla bilər. Əvvəlki qaydada bu, 20 gün müddətində 12 saatadək idi.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər