Rusiya Odessa limanına zərbə endirib, Panama bayrağı altında üzən gəmi zədələnib
Far.Az xəbər saytı

Rusiya Odessa limanına zərbə endirib, Panama bayrağı altında üzən gəmi zədələnib


Aprelin 14-nə keçən gecə Rusiya dronlarının Ukraynanın "İzmail" limanına hücumları nəticəsində Panama bayrağı altında üzən gəmi zədələnib.

"Far.Az" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, yanalma körpüsü, barja və liman avadanlıqları da zərbəyə məruz qalıb.

"Zərbələr nəticəsində texniki xidmət stansiyasının binası dağılıb və yanğın baş verib. İki sərnişin avtobusu və yeddi minik avtomobili vurulub. Bundan başqa, altı fərdi ev zərbəyə məruz qalıb - onların dam örtükləri zədələnib. Həmçinin təcili tibbi yardım avtomobili də zədələnib", - Kiper qeyd edib.

Ölənlər və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Oxşar xəbərlər

Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət
Rusiya Ukraynanın Odessa vilayətindəki limana zərbə endirib, ölənlər var
Rusiyanın Odessaya hücumu nəticəsində altı nəfər xəsarət alıb - YENİLƏNİB
Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər