Ukrayna və Norveç müdafiə tərəfdaşlığı haqqında bəyannamə imzalayıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Ukrayna və Norveç müdafiə tərəfdaşlığı haqqında bəyannamə imzalayıb - YENİLƏNİB


Ukrayna Prezidenti Volodimir Zelenski və Norveçin Baş naziri Yonas Qar Störe müdafiə tərəfdaşlığı haqqında bəyannamə imzalayıblar.

"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

"Ukrayna Norveçin xarici siyasətinin əsas prioriteti olaraq qalır və bu gün biz müdafiə, təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsi haqqında birgə bəyannamə imzaladıq", – Störe Osloda Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Norveç Ukraynanın suverenlik uğrunda mübarizəsini və onun özünümüdafiə hüququnu qətiyyətlə dəstəkləyir:

"Lakin bu, birtərəfli əlaqə deyil, qarşılıqlı əməkdaşlıqdır. Biz Norveç və Ukrayna arasında strateji tərəfdaşlıq üzərində işləməyə razılaşdıq, çünki Ukrayna bunun müqabilində çox şey verir".

Ukrayna və Norveç təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş ikitərəfli sənəd imzalayacaq.

"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat yayıb.

"Osloya gəldim. Vacib görüşlər olacaq və təhlükəsizliyimizi gücləndirməyə kömək edəcək ikitərəfli sənəd imzalanacaq. Qarşıda Baş nazir Yonas Qar Störe ilə danışıqlar, Norveçin vəliəhd şahzadəsi Hokon və norveçli parlamentarilərlə görüşlər var", - o yazıb.

Zelenski vurğulayıb ki, Kiyev tərəfdaşları ilə vətəndaşların həyatının qorunmasına və davamlı sülhə nail olunmasına yönəlmiş fəal diplomatik işi davam etdirir.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb
Zelenski: Ukrayna və Norveç təhlükəsizliyin möhkəmləndirilməsi üzrə saziş imzalayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər