Dünən Bakıda nadir təbiət hadisəsi yaşanıb
Far.Az xəbər saytı

Dünən Bakıda nadir təbiət hadisəsi yaşanıb


Abşeron yarımadasında, o cümlədən Bakıda dolu hadisəsi nadir hallarda baş verir və adətən qısamüddətli olur.

Bunu BAKU.WS-ə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O deyib ki, dolu qısamüddətli və lokal xarakter daşıyan və qəfil formalaşa bilən atmosfer hadisəsidir: "Azərbaycanda dolu daha çox dağlıq və dağətəyi ərazilər üçün xarakterikdir. Ölkə ərazisində dolu hadisələri əsasən ilin isti yarısında, xüsusilə yaz aylarında müşahidə olunur və bəzi illərdə bu proses may–iyun aylarında da qeydə alınır".

Gülşad Məmmədova qeyd edib ki, aprelin 16-17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Bölgələrdə də hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilsə də, 16-sı gündüz bəzi yerlərdə havanın qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq".

Qeyd edək ki, ötən gün Bakıya dolu yağıb.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Bayram günlərində gözlənilən hava proqnozu açıqlanıb
Bayramın bu günlərində YAĞIŞ YAĞACAQ - Tarixlərə görə PROQNOZ
Bayram günlərinin hava proqnozu açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər