Bosniya və Herseqovina polisinə Sarayevoda partlayışlarla bağlı xəbərdarlıq edilib
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Denis Beçiroviç ölümlə hədələnir.
"Report"un Balkan bürosu xəbər verir ki, Sarayevo Kantonu Daxili İşlər Nazirliyi anonim təhdid məktubu aldıqlarını deyib.
Nazirlikdən bildirilib ki, daxil olan məlumatda Sarayevo şəhərində bir neçə strateji əhəmiyyətli məkanda əldəqayırma partlayıcı qurğuların yerləşdirildiyi və yaxın zamanda zorakılıq aktlarının baş verə biləcəyi iddia olunub.
Təhdid məktubunda xüsusilə qeyd edilib ki, "Sarayevo City Center" ticarət mərkəzində bir kiloqram partlayıcı maddə yerləşdirilib, "Alta Shopping Centre"də isə uzaqdan idarə olunan detonatorla təchiz edilmiş iki kiloqram partlayıcı quraşdırılıb. Mesajda əlavə olaraq bildirilib ki, əməliyyatçılar qurğuları işə salmaq üçün əmr gözləyirlər.
Bomba təhdidləri ilə yanaşı, Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Denis Beçiroviçə qarşı da təhdid yer alıb və ilkin addımlardan sonra ona qarşı sui-qəsd törədilməsi niyyəti ifadə olunub.
Məlumata görə, bir neçə ünvana və rəsmilərə yönəlmiş anonim təhdid fonunda hazırda təhlükəsizlik protokolları icra edilir.
Oxşar xəbərlər
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Hikmət Hacıyev: Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür
-
IAF Azərbaycanda kosmik sahənin inkişafını yüksək qiymətləndirir
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Paytaxtın hansı küçələrində sıxlıq var? - 17.04.2026
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək













