SOCAR-ın prezidenti ABŞ rəsmiləri ilə görüşüb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ABŞ Dövlət Departamentinin baş müşaviri Rebeka Nef və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri Sara Leminq ilə görüşüb.
Far.Az SOCAR-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında enerji sahəsində uzun illər ərzində davam edən uğurlu əməkdaşlıq məmnunluqla qeyd olunub. Cari ilin fevralında "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının ikitərəfli münasibətlərin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığı bildirilib. Bu xüsusda, ölkələrimiz arasında enerji sektorunda əməkdaşlıq üçün geniş perspektivlərin olduğu diqqətə çatdırılıb.
SOCAR ilə ABŞ şirkətləri arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə uğurlu əlaqələrin olduğu vurğulanıb.
Görüşdə TRIPP layihəsinin və Orta Dəhliz üzrə mövcud enerji marşrutlarının regional əməkdaşlıq baxımından önəmi vurğulanıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb - YENİLƏNİB - MƏTN
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Cozef Aun: Livanın İsraillə danışıqları zəifliyin təzahürü deyil
-
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib
-
Levan Jorjoliani: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını məmnuniyyətlə dəstəkləyirik
-
Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib - YENİLƏNİB













