Cozef Aun: Livanın İsraillə danışıqları zəifliyin təzahürü deyil
İsrail ilə danışıqlar zəifliyin nümayişi, geriyə addım deyil və Livanın öz hüquqlarından imtina etməsini nəzərdə tutmur.
"Far.Az" xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun vətəndaşlara müraciətində deyib.
"Bu danışıqlar zəiflik əlaməti, geri çəkilmə və ya güzəşt kimi qəbul edilməməlidir", - Aun diqqətə çatdırıb.
O, qəti əminliyini ifadə edib ki, danışıqlar prosesi heç bir hüquqdan imtina etməyi nəzərdə tutmur.
"Biz yeni bir mərhələnin astanasındayıq - atəşkəsin təmin edilməsi səylərindən xalqımızın hüquqlarını, ərazi bütövlüyünü və milli suverenliyini təmin edən uzunmüddətli razılaşmaların hazırlanmasına keçid", - Prezident deyib.
Aun qeyd edib ki, ölkə rəhbərliyi əlli ildə ilk dəfə Livana müstəqil qərar qəbul etmək hüququnu qaytarıb və danışıqlar prosesini vasitəçilər olmadan aparır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 16-da bildirib ki, İsrail və Livan 10 günlük atəşkəs rejiminin tətbiqi ilə bağlı şərq vaxtı ilə saat 17:00-dan (Bakı vaxtı ilə 17 aprel, saat 01:00) razılığa gəliblər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Hikmət Hacıyev: Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
-
Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ
-
Soheyl Mahmud: Azərbaycan "D-8"in strateji baxışına əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir













