"DPA": Almaniya İranla münaqişənin ilk həftələrində İsrailə silah ixracını təsdiqləyib
Almaniya ABŞ və İsrailin İrana qarşı əməliyyatının ilk dörd həftəsində İsrailə 6,6 milyon avro dəyərində silah ixracını təsdiqləyib.
"Far.Az" "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın "DPA" agentliyi yazır.
Almaniya İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən məlumatlara görə, müvafiq lisenziyalar fevralın 28-dən martın 27-dək olan dövrdə - İsrail və ABŞ qüvvələrinin İrana zərbələri başladıqdan sonra verilib.
Qeyd olunur ki, bu həcm əvvəlki göstəricilərdən xeyli aşağıdır: əvvəllər Berlin 2025-ci ilin noyabrında Qəzzadakı müharibə ilə bağlı məhdudiyyətlər ləğv edildikdən sonra 166,95 milyon avro dəyərində ixrac lisenziyalarını təsdiqləmişdi.
Agentlik bildirib ki, İsrailə silah ixracı Almaniyada siyasi baxımdan həssas mövzu olaraq qalır. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra Berlin İsrailə dəstəyini gücləndirib, lakin sonradan Qəzza zolağındakı hərəkətlərin tənqidi fonunda tədarüklərə məhdudiyyətlər tətbiq edib, oktyabr ayında İsrail və HƏMAS arasında atəşkəs razılaşmasından sonra isə mövqeyini yenidən yumşaldıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Almaniyada bakılı polisindən maraqlı AÇIQLAMALAR - Son zamanlar...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib
-
Çempionlar Liqası: "Qalatasaray" minimal, "Real" böyük hesabla qalib gəlib













