Pərviz Şahbazov Aİ-nin "yaşıl" siyasətinin Cənub Qaz Dəhlizinə mənfi təsirindən danışıb
Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Bakı və Ankara arasında əməkdaşlıq iki dost ölkənin uzun illər ərzində enerji təhlükəsizliyinin təmin edilməsinə necə töhfə verdiyinin bariz nümunəsidir.
"Report"un Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, o bu barədə Antalya Diplomatiya Forumu çərçivəsində energetika üzrə panel sessiyasında çıxış edib.
"Türkiyə ilə əməkdaşlığımız dost və tərəfdaş ölkələrin uzun illər ərzində enerji təhlükəsizliyinin təmin edilməsinə necə töhfə verə biləcəyinin əla nümunəsidir", - Şahbazov deyib.
O, birgə layihələrin uğurla həyata keçirildiyini xatırladıb, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, həmçinin 3 500 km uzunluğunda olan Cənub Qaz Dəhlizi, "hansı ki, tarixdə ilk dəfə Xəzər dənizini yeddi ölkə vasitəsilə Adriatik dənizi - İtaliyanın cənub hissəsi ilə birləşdirib".
"Enerji sektorunun dayanıqlığını təmin etməyə və enerji təhlükəsizliyinə ən yaxşı şəkildə zəmanət verməyə imkan yaradan yanaşma məhz budur… Bu, ardıcıl olaraq həyata keçirilən bir plan idi", - nazir qeyd edib.
P.Şahbazov həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırıb. "Biz bir çox ölkəni əməkdaşlığa dəvət edirik, tərəfdaşlarımızla daimi dialoq aparırıq və həmişə gələcək haqqında düşünürük. Məsələn, ildə 16 milyard kubmetrdən çox təbii qaz nəql edən Cənub Qaz Dəhlizi bu həcmlərin ikiqat artırılması potensialına malikdir. Lakin müəyyən dərəcədə iştirakçılar tərəfindən lazımi investisiya almayıb - o cümlədən Avropa İttifaqının "yaşıl" siyasəti səbəbindən", - Şahbazov əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













