Çingiz Hüseynzadə: Möhtəşəm Azərbaycan çempionatına şahidlik etdik
Kişi voleybolçuları arasında Azərbaycan Yüksək Liqasında mövsüm möhtəşəm keçib.
"Far.Az"un məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə final oyunundan sonra açıqlama verib.
O, qızıl medal uğrunda qarşılaşmanın maraqlı alındığını söyləyib:
"Azərbaycan voleybolu üçün böyük bayramdır. Möhtəşəm çempionata şahidlik etdik. Final matçında iki yeni qurulmuş kollektiv mübarizə apardı. Gözəl oyun izlədik. Azərbaycan Voleybol Federasiyasına təşəkkür edirəm. Belə yarış təşkil etdikləri üçün onlara minnətdaram. Finalda oynayan kollektivlər Avrokuboklara vəsiqə qazanıblar. Onlara beynəlxalq arenada uğurlar arzulayıram".
Xatırladaq ki, final oyununda "Xilasedici" "Ordu"nu 3:1 hesabı ilə üstələyib.
Oxşar xəbərlər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
"Xilasedici" Azərbaycan çempionu olub
Azərbaycan Milli Olimpiya Komitəsinin Hesabat-seçki Baş Məclisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ
-
Cozef Aun: Livanın İsraillə danışıqları zəifliyin təzahürü deyil
-
Soheyl Mahmud: Azərbaycan "D-8"in strateji baxışına əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir
-
SEPAH gəmilərin Hörmüz boğazından keçməsi üçün yeni qaydalar müəyyənləşdirib













