İstanbulda yaşayış binasında yanğın olub, bir neçə nəfər tüstüdən zəhərlənib
Far.Az xəbər saytı

İstanbulda yaşayış binasında yanğın olub, bir neçə nəfər tüstüdən zəhərlənib


Türkiyənin İstanbul şəhərində dördmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, yanğın birinci mərtəbədəki mənzildə başlayıb və sürətlə yayılaraq binanı bürüyüb.

Əraziyə təcili tibbi yardım, polis əməkdaşları, yanğınsöndürənlər cəlb edilib. Yanğınsöndürənlər aralarında uşaqlar da olmaqla, 20 sakini binadan təxliyə ediblər.

Hadisə nəticəsində 9 nəfər tüstüdən zəhərlənib. Zərərçəkənlər təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb. Onların səhhəti barədə məlumat verilmir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər