"AzInTelecom"un superkompüter infrastrukturundan istifadə genişlənir
AZCON Holdinq şirkətlərindən olan "AzInTelecom" MMC-nin qurduğu Superkompüter Mərkəzinin imkanlarından aktiv şəkildə istifadə edilir.
Süni intellekt (Sİ) həllərinin hazırlanması və tətbiqi üçün geniş imkanlar təqdim edən bu infrastrukturun bir sıra dövlət qurumları və aparıcı təşkilatlar tərəfindən istifadə olunmasına başlanılıb. Hazırda mövcud resurslardan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Milli Süni İntellekt Mərkəzi, ABB və daha bir neçə qurum yararlanmaqdadır.
Superkompüter infrastrukturunda tətbiq olunan "NVIDIA H200 GPU" çipləri böyük həcmli məlumatların yüksək sürətlə emalına imkan verir və ənənəvi kompüterlərlə müqayisədə əhəmiyyətli üstünlük təmin edir. Bu da öz növbəsində Sİ layihələrinin ölkə daxilində, xarici resurslardan asılılıq olmadan inkişaf etdirilməsinə şərait yaradır.
Qeyd edək ki, layihənin əsas məqsədi ölkədə süni intellekt texnologiyalarının tətbiqini genişləndirmək, bu sahədə inkişafı sürətləndirmək və rəqəmsal transformasiyaya töhfə verməkdir.
"AzInTelecom" tərəfindən superkompüter infrastrukturunun genişləndirilməsi məqsədilə əlavə "GPU" resurslarının təmin olunması istiqamətində işlər davam etdirilir.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb













