Azərbaycan eGA-nın dəstəyi ilə kibermüdafiəni gücləndirir
Far.Az xəbər saytı

Azərbaycan eGA-nın dəstəyi ilə kibermüdafiəni gücləndirir


Estoniyanın Elektron İdarəetmə Akademiyası ("eGA") Azərbaycanda kiberdiplomatiya sahəsində potensialın artırılması təşəbbüslərində iştirak etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu eGA-nın kibertəhlükəsizlik üzrə baş eksperti Elza Neeme Bakıda keçirilən "Kibertəhlükəsizlik üzrə silsilə təlimlər: Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlığın gücləndirilməsi" adlı seminarın kuluarlarında jurnalistlərə bildirib.

"Bu istiqamət Azərbaycanda kifayət qədər yaxşı inkişaf edib, şübhəsiz, gələcək əməkdaşlığın prioritet sahələrindəndir. Tərəfdaşlarımız, xüsusilə "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) və Azərbaycan Mərkəzi Bankı ilə birgə müxtəlif hədəf qrupları üçün məlumatlılığın artırılması mexanizmlərinin yaradılması üzərində işləyirik. Məqsədimiz son istifadəçilərə şəbəkədə özlərini qoruma üsullarını aydın şəkildə izah etmək, həmçinin kritik infrastruktur obyektləri üçün tədbirlər keçirməkdir. Plan olduqca genişmiqyaslıdır", - E.Neeme vurğulayıb.

Tədbirin mövzusundan danışan ekspert qeyd edib ki, azərbaycanlı həmkarlarla birgə iş potensialın artırılmasına yönəlib, lakin bu məsələ bir ölkənin hüdudlarından xeyli kənara çıxır.

"Layihə Azərbaycana yönəlib, lakin kibertəhlükələr mahiyyətcə transsərhəd olduğu üçün tərəfdaşlarla Avropa İttifaqı arasında əməkdaşlıq son dərəcə vacibdir. Bu, gündəlik istifadə etdiyimiz bank xidmətləri kimi həyati vacib xidmətlərin fasiləsizliyini təmin etmək üçün zəruridir. Biz bu təlimi ikitərəfli və həm Azərbaycan, həm də ekspert komandamız üçün faydalı etməyə çalışırıq", - o qeyd edib.

Baş ekspertin sözlərinə görə, söhbət yalnız biliklərin ötürülməsindən deyil, həm də Azərbaycan tərəfindən təhlükə vektorları və ən aktual risklər barədə geridönüşün alınmasından gedir.

"Təhlükələrin minimuma endirilməsi üsullarını, Azərbaycanda mövcud təcrübəni, eləcə də Avropada dəyişən risk mənzərəsinə qarşı mübarizə təcrübəmizi müzakirə etmək vacibdir. Bununla yanaşı, biz insidentləri idarəetmə bölmələri, xüsusən də CERT komandaları üçün kurs keçiririk", - E.Neeme əlavə edib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər