Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı!
Mobil operatorun abunəçiləri artıq fiziki SIM kartdan eSIM-ə keçidi birbaşa mobil tətbiq vasitəsilə həyata keçirə bilərlər
"Azercell Telekom" MMC müştəri təcrübəsini daha da təkmilləşdirmək və xidmətlərini tam rəqəmsal müstəviyə keçirmək istiqamətində növbəti yeniliyi təqdim edib. Artıq istifadəçilər fiziki SIM kartdan eSIM-ə keçidi müştəri xidmətlərinə müraciət etmədən, birbaşa tətbiq üzərindən sürətli və rahat şəkildə həyata keçirə bilərlər.
"Azercell" tətbiqinə əlavə edilən yeni funksiyaya əsasən, eSIM-ə keçid prosesi bir neçə sadə addım vasitəsilə tam rəqəmsal formada icra olunur. İstifadəçi mobil tətbiqə daxil olaraq nömrəsini və şəxsiyyət vəsiqəsinə dair məlumatları daxil edir, daha sonra təsdiqləmə məqsədilə göndərilən birdəfəlik kodu (OTP) qeyd edir. Növbəti mərhələdə abunəçilər eSIM aktivasiyasını həm sistem tərəfindən yaradılan QR kod, həm də tətbiq daxilində təqdim olunan mərhələli təsdiqləmə mexanizmi vasitəsilə həyata keçirə bilərlər. QR kod eyni zamanda istifadəçinin qeyd etdiyi elektron poçt ünvanına da göndərilir.
Qeyd edək ki, eSIM texnologiyası fiziki SIM karta ehtiyacı aradan qaldırmaqla istifadəçilərə daha çevik və müasir istifadə imkanları təqdim edir. Bu texnologiya eyni cihazda bir neçə nömrədən istifadəni mümkün edir, həmçinin cihazlar arasında keçidi daha sürətli və rahat edir.
Azercell innovativ texnologiyaların tətbiqi və müştəri yönümlü rəqəmsal həllərin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.
Oxşar xəbərlər
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Azərbaycanın ilk beynəlxalq kardiologiya jurnalı – Journal of Heart Disease and Therapy – 3-cü nömrəsini təqdim edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Astaranın Sım kəndinə mediatur təşkil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
-
"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib













