Ali Radada Ukrayna daxili işlər nazirinin istefasına dair sənəd hazırlanır
Ukrayna Ali Radasında daxili işlər naziri İqor Klimenkonun istefasını tələb edən sənəd hazırlanır.
"Far.Az"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Ali Radanın hüquq-mühafizə fəaliyyəti üzrə komitəsinin üzvü, deputat Yuliya Yatsik bildirib.
O, bir qrup həmkarı ilə İ. Klimenkonun vəzifədən azad edilməsi ilə bağlı sənədi hazırlayaraq növbəti plenar iclasda müzakirələrə çıxaracaqlarını bildirib və bütün deputatları həmrəy olmağa, xalqın əksəriyyətinin tələbini eşitməyə çağırıb.
Nazirin istefa tələbinə səbəb, aprelin 17-də gündüz saatlarında Kiyevdə baş verən terror hadisəsi zamanı polisin məsuliyyətsizliyi, tədbir görməməsi və hadisə zamanı mülki insanları köməksiz qoyaraq qaçması göstərilir.
Qeyd edək ki hadisə ilə bağlı videolar yayılıb. Hazırda Ukrayna ictimaiyyətində polis, ümumiyyətlə Daxili İşlər Nazirliyinin rəhbərliyinin istefası tələb olunur. Ukrayna patrul polisinin komandanı artıq istefa verib.
Xatırladaq ki, Ukraynada hökümətin və üzvlərinin təyinat səlahiyyəti Ali Radaya məxsusdur.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq
-
Azərbaycanda 15 yaşlı qız dünyaya uşaq gətirdi
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə birgə işçi qrupu yaradacaq
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi













