İspaniya, Sloveniya və İrlandiya Aİ-ni İsraillə sazişi dayandırmağa çağırıb
İspaniya, Sloveniya və İrlandiya Avropa İttifaqı (Aİ) və İsrail arasında assosiasiya sazişinin mümkün dayandırılması məsələsinin Brüsseldə müzakirəyə çıxarılması təşəbbüsü ilə çıxış ediblər.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Aİ xarici işlər nazirləri Şurasının Brüsseldə keçirilən iclasından əvvəl bildirib.
Albaresin sözlərinə görə, söhbət Aİ-yə etimad məsələsindən və onun bütün beynəlxalq vəziyyətlərdə vahid prinsipləri ardıcıl şəkildə müdafiə etmək bacarığından gedir.
"Əgər Aİ bu gün İsrailə ondan insan haqlarına və beynəlxalq hüquqa hörmət gözlənildiyini deyə bilmirsə, yaxud müharibədən xarici siyasət aləti kimi istifadəni dayandırmağı tələb edə bilmirsə, biz ittifaqa olan etimadı itirəcəyik", - Albares deyib.
"Biz Ukrayna ilə bağlı Rusiyaya dediklərimizin və digər vəziyyətlərdə dediklərimizin eynisini deməliyik", - o qeyd edib.
Albares əlavə edib ki, Aİ İsrailə münasibətdə daha dəqiq mövqe tutmalıdır. "Bu, yanlış yoldur və nə qədər ki, İsrail daimi, fasiləsiz müharibə yolu ilə getməyə davam edir, biz münasibətlərimizi əvvəlki kimi qura bilməyəcəyik", - o bildirib.
Qeyd edək ki, son illər ərzində Təl-Əviv və Madrid arasında münasibətlər dəyanmadan pisləşir. İspaniya hökuməti Qəzzadakı müharibəyə görə İsrailin ünvanına kəskin tənqidlərlə çıxış edir.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə birgə işçi qrupu yaradacaq
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
-
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"
-
Bakıda qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alırlar?













