Samarada dron hücumu nəticəsində yaşayış binası çöküb
Far.Az xəbər saytı

Samarada dron hücumu nəticəsində yaşayış binası çöküb


Rusiyanın Samara vilayətinin Sızran şəhərində çoxmənzilli yaşayış binasının blokunun qismən çökməsi baş verib.

"Far.Az" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Samara vilayətinin Sızran şəhərində yaşayış binasının blokunun qismən dağıldığı yerdə axtarış-xilasetmə işləri aparılır. Dağıntılar altından biri uşaq olmaqla, dörd nəfər çıxarılıb", - qurumun məlumatında bildirilib.

Dağıntılar altında daha iki nəfərin, o cümlədən bir uşağın olduğu ehtimal edilir.

Vilayətin qubernatoru Vyaçeslav Fedorişev çökmənin PUA hücumu səbəbindən baş verdiyini bildirib.

Hadisə yerində yanğınsöndürmə və xilasetmə bölmələri çalışır.

Oxşar xəbərlər

Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur
Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində təlim keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər