Cəbrayılda işləmək istəyənlərin NƏZƏRİNƏ! 100-ə yaxın VAKANSİYA
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Cəbrayıl rayonunda növbəti əmək yarmarkası keçirilib.
ƏƏSMN-dən Far.Az-ə verilən məlumata görə, aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 20 müəssisə tərəfindən növbətçi mühəndis, aqronom, nəqliyyat üzrə mütəxəssis, mexanik, elektrik montyoru, mühəndis, operator, qaynaqçı, avtokar sürücüsü, fəhlə, usta və s. peşə istiqamətləri üzrə 100-ə yaxın vakansiya təqdim edilib.
Vakansiyalara müraciət edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, uyğun şəxslərin qeydiyyatı aparılıb.
Tədbirdə Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi də öz stendi ilə iştirak edib. İşsiz və işaxtaran şəxslərə Mərkəzdə təşkil edilən peşə kursları, bu kurslara cəlb edilmək üçün müraciət qaydaları barədə məlumat verilib.
Qeyd edilib ki, ötən dövrdə Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə 36 əmək yarmarkası, 1 peşə yarmarkası keçirib.
Qalereya
Oxşar xəbərlər
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Vətən müharibəsinin başlamasından 4 il ötür
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər













