"S&P": Xəzər hövzəsi Yaxın Şərqdəki eskalasiya fonunda əsas enerji regionuna çevrilir
Far.Az xəbər saytı

"S&P": Xəzər hövzəsi Yaxın Şərqdəki eskalasiya fonunda əsas enerji regionuna çevrilir


Yaxın Şərqdə artan gərginlik fonunda Xəzər regionu tədricən qlobal enerji bazarının yeni arxitekturasının formalaşması mərkəzinə çevirilir.

"Far.Az" xəbər verir ki, bunu "S&P Global Energy"nin Yaxın Şərq bazarı üzrə meneceri Uesli Monteyru Bakıda keçirilən "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu"nda bildirib.

Onun sözlərinə görə, mövcud vəziyyət xüsusilə ənənəvi tədarük marşrutlarının qeyri-sabitliyi nəzərə alınmaqla artıq investorların risk və gəlirlilik nisbətinə yanaşmalarının yenidən nəzərdən keçirilməsinə gətirib çıxarır.

U.Monteyru əlavə edib ki, Hörmüz boğazındakı vəziyyətdən asılı olmayaraq, tədarükün nisbi davamlılığını təmin edə bilən regionlar ön plana çıxır: "Hazırda diqqət mərkəzində üç əsas region var: Kaliforniya, Qazaxıstan və İsrail. Onların heç biri Hörmüz boğazındakı sabitlikdən asılı deyil, bu da onlara böyük coğrafi üstünlük verir. Bu tezis bizim analitikamızın əsasında yer alır".

"S&P" nümayəndəsi həmçinin son aylarda əhəmiyyətli qiymət qeyri-sabitliyi nümayiş etdirən "Azeri Light" markalı Azərbaycan neftinə də diqqət yetirib. Onun sözlərinə görə, bu növün "Dated Brent" etalonuna nisbətən dəyərinin üç qiymətləndirməsinin təhlili mart ayında kəskin dalğalanmaları göstərib:

"Əsas nəticə anormal volatillikdir. Biz qiymət diferensialının yüksək premiumdan dərin diskonta necə dəyişdiyini qeydə aldıq. Pik dəyərlər arasındakı fərq bir barel üçün 15-18 dollar təşkil edib".

O aydınlaşdırıb ki, söhbət neftin mütləq qiymətindən deyil, yerli növlərin dəyəri ilə dünya bençmarkı arasındakı fərqdən gedir, bu da qlobal bazarda təchizatçıların rəqabət qabiliyyətini qiymətləndirmək üçün xüsusilə vacibdir.

Analitikin fikrincə, bu cür dalğalanmalar yalnız qısamüddətli bazar amillərini deyil, həm də neft axınlarının yenidən bölüşdürülməsi, alternativ marşrutların əhəmiyyətinin artması və ənənəvi gərginlik nöqtələrindən asılı olmayan regionların rolunun güclənməsi ilə bağlı daha dərin struktur dəyişikliklərini əks etdirir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər