Nurəddin Rəcəbov: "Komandamız Avropanın ən güclüsü olub"
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatının bütün təlim-məşq toplantılarında iştirak edib.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Nurəddin Rəcəbov Albaniyada keçirilən Avropa çempionatından sonra Bakıya qayıdarkən hava limanında jurnalistlərə açıqlayıb.
"Komanda olaraq çox yüksək hazırlığımız keçib. Demək olar ki, ardıcıl olaraq bütün təlim-məşq toplantılarında iştirak etdik. İdmançılarımız arasında zədəli olanlar da var idi", - o bildirib və əlavə edib ki, yığma komanda olaraq qazanılan qələbə böyük əziyyətin nəticəsidir:
"Bu oyunlara böyük inamımız var idi. Fürsətdən istifadə edərək hər bir idmançımıza təşəkkür edirəm. Komandamız bu hesabla Avropanın ən güclüsü olub. Bu güc idmançıların qazandığı xallar hesabına idi. Bundan sonrakı oyunlara da ciddi hazırlaşıb, etdiyimiz səhvlər üzərində işləyəcəyik. Həsrət Cəfərov tarix yazıb. Cəfərovun o qədər geniş perspektivi var ki, o uğuru əldə etməli idi.
Qeyd edək ki, Albaniyadakı uğurlu çıxışdan sonra Azərbaycanln yığma komandası Bakıya qayıdıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib
Nurəddin Rəcəbov: Komandamız bu hesabla Avropanın ən güclüsü olub
Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
Nazir Arzu Qarazadəyə vəzifə verdi
-
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
-
İsrail Ordusu "Hizbullah"ın obyektinə zərbələr endirib
-
Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub












