Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edib
Far.Az xəbər saytı

Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edib


Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanın Ağalı kəndində bu rayonun, eyni zamanda Qubadlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsi ilə təmin olunma, subsidiyaların verilməsi, damazlıq heyvanlara güzəştin tətbiq edilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Qeyd edilib ki, M.Məmmədov vətəndaşların müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
Vətən müharibəsinin başlamasından 4 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər