AFFA və WUF13 Əməliyyat Şirkəti "Futbolda davamlı idarəetmə" mövzusunda birgə seminar təşkil edib
Far.Az xəbər saytı

AFFA və WUF13 Əməliyyat Şirkəti "Futbolda davamlı idarəetmə" mövzusunda birgə seminar təşkil edib


Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində Azərbaycanda qəbul edilmiş AZS ISO 20121:2026 "Tədbir davamlılığının idarəetmə sistemləri" dövlət standartının idman tədbirlərində tətbiqinə dair ilk məlumatlandırma sessiyası keçirilib.

"Far.Az" bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir.

Məlumata görə, Şirkətin AFFA ilə əməkdaşlığı çərçivəsində "Futbol təşkilatçılığı sahəsində tədbirlərin davamlı idarə edilməsi" mövzusunda seminar təşkil olunub.

Seminarda AFFA-nın işçi heyəti, eləcə də Peşəkar Futbol Liqası (PFL), Futbolun İnkişafı Fondu (FİF), Misli Premyer Liqası və I Liqa klublarının nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən AFFA-nın baş katibinin müavini Kamran Vəliyev vurğulayıb ki, forum davamlı inkişaf, inklüzivlik və müasir idarəetmə prinsiplərinin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biridir: "Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi həm böyük məsuliyyət yaradır, həm də beynəlxalq standartların müxtəlif sahələrdə, o cümlədən futbolda tətbiqi üçün geniş imkanlar açır. Bu istiqamətdə WUF13 Azərbaycan Əməliyyat Şirkəti rəhbərliyi ilə birgə mühüm addımlar atmışıq. Əsas məqsədimiz yalnız futbolun inkişafı deyil, eyni zamanda ətraf mühitə, cəmiyyətə, gələcək nəsillərə qarşı məsuliyyətli yanaşmanı təşviq edən dayanıqlı futbol mühiti formalaşdırmaqdır".

Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva çıxış edərək idmanın şəhərlərin inkişafında və şəhərsalma planlamasına inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, idman inklüzivliyi təşviq edən, sağlam həyat tərzini dəstəkləyən və yaşayış məskənlərinin dayanıqlığını gücləndirən əsas şəhər xidmətlərindən biridir.

AZS ISO 20121:2026 dövlət standartının tətbiqi ölkədə keçirilən tədbirlərin dayanıqlılıq prinsiplərinə uyğun şəkildə planlaşdırılması və idarə olunması üçün zəruri institusional çərçivə yaradır. Bu yanaşma nəticə etibarilə həm şəhər ekosisteminə ekoloji baxımdan müsbət təsir göstərəcək, həm də tədbir sənayesində yeni bir mədəniyyətin yaranmasına əhəmiyyətli töhfə verəcək.

WUF13 ekoloji və inklüziv prinsiplərə əsaslanaraq təşkil olunacaq. Tədbirin mövcud infrastrukturdan istifadə olunaraq Bakı Olimpiya Stadionunda təşkili və resursların daha səmərəli istifadəsi əsas istiqamətlərdəndir.

Seminar çərçivəsində həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv məzmun üzrə şöbə müdiri Cəmilə İsmayılzadə, Koordinasiya üzrə baş inzibatçısı Əfqan Mehtiyev, Təşkilati inkişaf və insan kapitalı üzrə baş inzibatçısı Tural Məmmədov, EY Azərbaycan şirkətinin İqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə məsləhət xidmətləri üzrə baş meneceri Mirzə Əliyev və baş mütəxəssisi Nərgiz Əhmədzadə çıxış edərək mövzu üzrə təqdimatlar etmiş və tədbirin önəmindən bəhs ediblər.

Çıxışlar zamanı "İdmanın şəhər planlamasına inteqrasiyası", "Futbol turnirlərində dayanıqlılıq və hesabatlılığın rolu", "Tədbirin uğurla keçirilməsi üçün planlaşdırma, icra və risklərin idarə olunması" kimi mövzular barədə ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər