"Urban Crew" "LUKOIL Azərbaycan" QSC-nin Füzuli şəhərində keçirilən tədbirini innovativ yanaşma ilə həyata keçirdi
24 aprel tarixində Füzuli şəhərində 1 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimi baş tutub.
"LUKOIL-Azərbaycan" QSC-nin sifarişi ilə tədbirin konsepti və icrası "Urban Crew" şirkəti tərəfindən həyata keçirilib.
Tədbir klassik açılış formatından fərqli olaraq, müasir texnologiyalar və kreativ həllərlə təşkil edilib. Səhnə quruluşu, vizual elementlər və proqram axını innovativ yanaşma əsasında hazırlanaraq vahid konseptdə təqdim olundu.
"Urban Crew" şirkətinin direktoru Ülviyyə Cəlilzadə bildirib ki, tədbirin müasir standartlara cavab verməsi əsas prioritetlərdən biri olub:
"Biz hər bir layihədə fərqli yanaşma tətbiq etməyə çalışırıq. Bu açılışda da texnologiya və kreativliyi birləşdirərək yadda qalan atmosfer yaratmağa fokuslandıq. Tədbirin yüksək səviyyədə təşkili üçün komandamız böyük həvəslə çalışdı."
Xatırladaq ki, açılış mərasimində "LUKOIL" şirkətinin təsisçisi Vahid Ələkbərov, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və "LUKOIL Azərbaycan"ın direktoru Rasim Əmrullayev iştirak ediblər.
Qeyd edək ki, "Urban Crew" bundan əvvəl də Qarabağ regionunda iri miqyaslı layihələr həyata keçirərək tədbir idarəetməsi sahəsində etibarlı tərəfdaş kimi tanınıb. Şirkət gələcəkdə də regionda fəaliyyətini genişləndirərək müasir və innovativ yanaşmalarla bu sahədə aparıcı icraçılardan biri olmağı hədəfləyir.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
FHN şagird və müəllimlərlə təlim keçirdi
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə ilə Böyük Britaniya arasında tərəfdaşlıq haqqında sənəd imzalanıb
-
"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olduğu təsdiqlənib
-
İtv-nin baş direktoru vəzifəsinə sənəd qəbulu başlayıb
-
Kobaxidze: Zurab Pataradzenin səfirliyi dövründə Azərbaycanla münasibətlər yeni mərhələyə yüksəlib
-
Tehran geri addım atmır: Danışıqlar donduruldu, ABŞ-yə şərt irəli sürüldü
-
Gəncədə dəm qazı can aldı













