Xəzərin sahilində ictimai istifadə zonaları müəyyən ediləcək
Xəzər dənizinin sahilboyu ərazilərində ictimai istifadə zonaları aparılacaq qiymətləndirmə və zonalaşdırma işlərindən sonra müəyyən ediləcək.
"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, ərazilərin istifadəsi zamanı insanların təhlükəsizliyi, infrastrukturun vəziyyəti, ekoloji tələblər və göstərilən xidmətlərin keyfiyyəti nəzərə alınacaq: "Zonalaşdırma başa çatdıqdan və müvafiq ərazilər təsdiqləndikdən sonra hər bir vətəndaş həmin zonalarla bağlı açıq məlumat əldə edə biləcək. Sahilboyu ərazilərin səmərəli istifadəsi ilə yanaşı, onların infrastrukturunun da düzgün formalaşdırılması vacibdir".
O qeyd edib ki, bu baxımdan şəhərsalma prinsipləri, ictimai məkanların təşkili və xidmətlərin keyfiyyəti nəzərə alınacaq: "Çalışacağıq ki, həmin ərazilər ictimaiyyət üçün kifayət qədər komfortlu, təmiz və keyfiyyətli olsun, orada göstərilən xidmətlər də sahibkarlar tərəfindən lazımi səviyyədə təmin edilsin".
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək













