Aktotı Raimkulova: Türk dünyasının qlobal gücə çevrilməsində Azərbaycanın önəmli xidmətləri var
Türk dünyasının qlobal siyasi, mədəni arenada mühüm gücə çevrilməsində Azərbaycanın önəmli xidmətləri var.
Bunu "Far.Az"un Türkiyə bürosuna açıqlamasında Beşinci Antalya Diplomatiya Forumunda iştirak edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (BTMİF) prezidenti Aktotı Raimkulova deyib.
A. Raimkulova qeyd edib ki, Bakının təşəbbüslərin mərkəzi olması və Azərbaycan Prezidenti İlham Əiyevin ideyalarının dəstəklənməsi türk dünyası üçün böyük əhəmiyyət daşıyır:
"Bu gün dünyanın diqqəti Azərbaycana yönəlib. Xüsusilə Qarabağ müharibəsində əldə olunan qələbə Azərbaycanın gücünü, torpağa bağlılığını və ədalətə sadiqliyini nümayiş etdirdiyi üçün ölkənizin səsi yalnız türk dünyasında deyil, bütün dünyada düzgün, nüfuzlu və eşidilən bir səsdir".
Fond prezidenti qeyd edib ki, rəhbəri olduğu təşkilat da "yumşaq güc" olaraq təsirli diplomatik vasitədir:
"Buna görə də biz belə tədbirlərdə fəal iştirak edirik. Bununla həm də ortaq irsi, mədəniyyəti və dili nümayiş etdiririk. Bəşəriyyət üçün əsas olan məsələlər bu gün sülhün qorunması baxımından həlledici əhəmiyyət daşıyır. Ətraf mühitə, ailəyə, suya, anaya, qadına və uşağa hörmət kimi dəyərlər bunun əsasını təşkil edir. Bizim böyük alimlərimizin, yazıçılarımızın, şairlərimizin yaratdığı ümumi bəşəri irsi qoruyub saxlamaq borcumuzdur. Bu, eyni zamanda, diplomatik fəaliyyətin də ayrılmaz hissəsidir və getdikcə daha böyük əhəmiyyət kəsb edir. Ona görə də bizim üçün çox vacibdir ki, ölkələrimizin səsi dünyada eşidilsin. Azərbaycan da artıq on illlərdir türk dünyasında və Türk Dövlətləri Təşkilatı çərçivəsində mühüm rol oynayır, bir çox təşəbbüslərlə çıxış edərək bu platformaların inkişafına xidmət göstərir".
"Bu təşkilatda Azərbaycanın rolunu qiymətləndirərkən xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini vurğulamaq lazımdır. O hər zaman sülhün qorunması və türk dünyasının birləşməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir", - A. Raimkulova bildirib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub













