Vəkillər Kollegiyasının üzvü İngiltərə və Uels Hüquq Cəmiyyətinin üzvü seçilib
Far.Az xəbər saytı

Vəkillər Kollegiyasının üzvü İngiltərə və Uels Hüquq Cəmiyyətinin üzvü seçilib


Vəkillər Kollegiyasının üzvü Hüseyn Əliyev İngiltərə və Uels Hüquq Cəmiyyətinin üzvü (solisitor) seçilib.

Bu barədə "Far.Az"a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, bu barədə müvafiq qərar İngiltərə və Uels Hüquq Cəmiyyəti tərəfindən 23 aprel 2026-cı il tarixində qəbul olunub.

Qeyd edək ki, Hüseyn Əliyev 2007-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini, 2009-cu ildə Girnə Amerikan Universitetində Biznesin təşkili ixtisası üzrə magistratura pilləsini bitirib. Daha sonra 2012-ci ildə ABŞ-nin Tuleyn Universitetində Muskie təqaüd proqramı çərçivəsində Beynəlxalq hüquq ixtisası üzrə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub.

Onun Azərbaycanda 15 ilə yaxın peşəkar iş təcrübəsi mövcuddur. Müxtəlif şirkətlərdə fəaliyyət göstərdiyi dövrdə eyni zamanda Bakı Dövlət Universitetində və Xəzər Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.

Hüseyn Əliyev 2021-ci ilin dekabr ayından etibarən Azərbaycanın Vəkillər Kollegiyasının üzvüdür.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Niyaməddin Musayev, Ağaəli İbrahimov və bir sıra şəxsə Mədəniyyət Nazirliyinin Fəxri diplomu verilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər