Azərbaycan Kuboku və Premyer Liqanın qalibi üçün Türkiyədə yeni dizaynda kuboklar hazırlanıb
Far.Az xəbər saytı

Azərbaycan Kuboku və Premyer Liqanın qalibi üçün Türkiyədə yeni dizaynda kuboklar hazırlanıb


Futbol üzrə Azərbaycan Kuboku və Misli Premyer Liqasında 2025/2026 mövsümünün yekunlarına əsasən təqdim olunmaq üçün yeni dizaynda kuboklar hazırlanıb.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev bildirib.

O, hər iki kubokun Türkiyədə hazırlandığını sözlərinə əlavə edib:

"Misli Premyer Liqasının kubokunda bu mövsüm iştirakçı komanda sayına uyğun olaraq ulduzların sayı 10-dan 12-yə artırılıb. Azərbaycan Kubokunun qalibinə veriləcək mükafata isə sponsora uyğun elementlər əlavə edilib. Kubok və medallar müqavilə əsasında Türkiyədə bu sahədə ixtisaslaşmış və əvvəlki mövsümlərdə də Peşəkar Futbol Liqasının əməkdaşlıq etdiyi şirkət tərəfindən dizayn olunub və istehsal edilib. Misli Premyer Liqasında isə sonda hansı komandanın titula sahib çıxmasından asılı olmayaraq, çempionluq rəsmiləşdikdən sonra mükafatlandırma mərasiminin yeri və məkanı ilə bağlı Peşəkar Futbol Liqası tərəfindən yekun qərar veriləcək".

Xatırladaq ki, Misli Premyer Liqasında 28 turdan sonra "Sabah" 69 xalla liderdir. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 56 xalla ikinci pillədə qərarlaşıb. Mayın 13-də, Azərbaycan Kubokunun finalında isə "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Bakıda təşkil olunan Millətlər Liqasının mükafatlandırma mərasimi keçirilib
Azərbaycan gimnastları Dünya Kubokunda daha bir medal qazanıblar - YENİLƏNİB - 2
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər